| ARXİV |
|
|
25 iyun 2009-cu il tarixində Crown Otelində “Azərbaycan Turizm Sektorunda Kadları təkmilləşdirmək” mövzusunda keçirilən seminarda ATİ nümayəndələri iştirak etmişlər. Seminar Peşə Təhsili və Təlimi sahəsində İslahatlar Strateqiyası və Azərbaycanın seçilmiş rayonunda Pilot İcrası layihəsi çərçivəsində keçirilmişdir. 18 iyun 2009-cu il tarixində Latviya Respublikasının “Turiba” Biznes İdarəçiliyi İnstitutunun nümayəndəsi, iş adamı İvars Strautins və Lativiya səfirliyinin III katibi Markis Maksims Azərbaycan Turizm İnstitutu rəhbərliyi ilə görüşmüşlər. İlk öncə qonaqlara ATİ-nin 3 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər haqqında məlumat verilmişdir. İkitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. 12 iyun 2009-cu il tarixində ATİ-nin əməkdaşı Rəhman Səfərov və tələbələr Hikmət Dadaşov və Toğrul Hidayətov Azərbaycan radiosunun canlı yayımda qonağı olmuşlar. Proqramda əsas olaraq Azərbaycan Turizm İnstitutu, onun fəaliyyəti, nailiyyətləri, tələbələr üçün yaradılmış imkanlar müzakirə mövzusu olmuşdur. 10 iyun 2009-cu il tarixində ATİ-nin Marketinq və Menecment kafedrasının müdiri Sənan Əliyev Aztv-nin “Tərəf müqabili” kulturoloji layihənin qonağı olmuşdur. Proqramda “Turizm mədəniyyəti və Azərbaycanın turizm resursları” mövzusunda müzakirələr getmişdir. 9 iyun 2009-cu il tarixində ATİ-nin rektoru Cəfər Cəfərov Yaponiya səfiri cənab Masamitsu Oki ilə görüş keçirmişdir. Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. 9 iyun 2009-cu il tarixində ATİ-dı Estoniya Tələbə Təşkilatları (Student Union) Federasiyasının nümayəndələri qonaq olmuşlar. Görüşdə əvvəlcə ATİ haqqında onlara məlumat verilmişdir. Qonaqlar ATİ-də fəaliyyət göstərən tələbə təşkilatlarının nümayəndələri ilə görüşərək onların fəaliyyətləri, çətinlikləri, tələbə həyatı ilə maraqlanmışlar. Qonaqlar da Estoniyada turizmin inkişafı, problemlər, müvafiq təhsil müəssisələri, bu ölkənin təhsil sistemi haqqında ətraflı məlumat vermişlər. Daha sonra onlar institutla tanış olmuşlar. 8-13 iyun 2009-cu il tarixlərində Azərbaycan Turizm İnstitutunda Elektron təhsillə bağlı 6 günlük seminar keçirilmişdir. Seminar İnWEnt şirkəti tərəfindən Almaniya Fedevartiv Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşəbbüsü ilə “Qafqazda Elektron Təhsil üçün İnstitusional Quruculuq və İnsan Resurslarının İnkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Seminarda Avstriyalı mütəxəssis Julia Jaqer və Almaniyalı mütəxəssis Lüdviq Hinkofer müvafiq mövzu üzrə məruzələr etmişlər. Seminarda Azərbaycan Turizm İnstitutu, Qafqaz Universiteti və Xəzər Universiteti nümayəndələri iştirak etmişlər. Seminar rektor Cəfər Cəfərovun giriş nitqi ilə işinə başlamışdır. O, seminar iştirakçılarını salamlayaraq e-təhsilin vacibliyindən, əhəmiyyətindən danışmışdır. ATİ-nin yeni olmasına baxmayaraq Azərbaycanın təhsil məkanında gedən inkişaf proseslərinin önündə olmağa çalışan ali təhsil müəssisələrindən biri olduğunu qeyd etmişdir. Qonaqlar və iştirakçılar özləri haqda qısa məlumat verdikdən sonra İnWEnt şirkəti barədə danışılmışdır. İnWEnt şirkəti təhsil sahəsində beynəlxalq mübadilə həyata keçirmək məqsədilə 55 min iştirakçısı olan proqramların icrası ilə məşğul olur və bu məqsədlə dünya səviyyəsində e-təhsildən istifadə edilir. Hazırda şirkətin dünyanın müxtəlif 30 nöqtəsində 830 işçisi olan filialları var. Xanım Julia Jaqer belə bir seminarın eynilə Gürcüstan və Ermənistanda da keçirildiyini qeyd etmişdir. Daha sonra iştirakçılara 6 günlük seminarın proqramı haqda məlumat verilmişdir. Cənab Lüdviq Hinkofer isə müxtəlif nümunələrlə e-təhsil haqqında danışmışdır. Seminarda əsasən e-təhsil, onun əsasları, elektron təhsilin həyata keçirilməsi prosesi, onun fərqli üsul və modellərindən, üstünlüklərindən və mənfi cəhətlərindən, həmçinin müxtəlif proqramlardan; qrup təlim proyekti; şəbəkə seçimində mümkün əməkdaşlıq; elektron təhsilin mərhələlərlə həyata keçirilməsi və s. mövzular üzrə təqdimatlar edilmişdir. İlk iki gündə keçirilən seminar ali təhsil müəssisələrinin qərarvericiləri üçün, digər 4 gün ərzində keçirilən seminar daha geniş auditoriya üçün nəzərdə tutulmuşdur. Növbəti günlərdə əldə edilən bilgilərin praktik tətbiqinə yönəlik işlər görülmüşdür. Ali təhsil müəssisələri özlərinin 2012-ci ilə kimi e-təhsil sahəsində vizyonları, qarşılaşa biləcəkləri problemlər və əldə edəcəkləri üstünlüklər, layihə müddətində həyata keçirəcəkləri pilot layihələrini müəyyənləşdirmiş və qısa şəkildə onu elektron formada təqdim etmişlər. Onlayn mərhələdə iştirakçılar fərdi sertifikat almaq üçün verilən müvafiq tapşırıqları icra eləməli, eyni zamanda pilot layihənin icrası üçün qrup üzvləri vəzifələrini yerinə yetirməli və hər 3 ali təhsil müəssisəsi birgə e-təhsilllə bağlı məqalə dərc etdirməlidir. Ümumiyyətlə, “Qafqazda Elektron Təhsil üçün İnstitusional Quruculuq və İnsan Resurslarının İnkişafı” layihəsi müvafiq institutlarda elektron təhsil haqqında ətraflı məlumat vermək və onu həyata keçirmək bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır. 2010-cu ilin mart ayında yekunlaşacaq layihə çərçivəsində 2 dəfə seminar və seminarlararası müddətdə isə onlayn təhsil mərhələsi nəzərdə tutulmuşdur. 30 may 2009-cu il tarixində ATİ-nin rektoru Cəfər Cəfərov Müstəqil İnformasiya Agentliyinə müsahibə vermişdir. Müsahibədə ATİ-nin yarandığı dövrdən bu günə kimi fəaliyyəti, əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilmişdir. 30 may 2009-cu il tarixində Tətbiqi Tədqiqatlar Fondu (TTF) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan “Azərbaycan Respublikasının ali təhsil sahəsində Boloniya prosesinə qoşulması ilə əlaqədar keçirilən islahatlara dəstək” layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunda seminar keçirmişdir. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Universitet, Bakı Slavyan Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və digər təhsil müəssisələrinin müəllim və tələbələri, QHT nümayəndələri iştirak etmişlər. Seminarda “Azərbaycanda Boloniya prosesi yeni təhsil qanununda” mövzusunda müzakirə aparılmışdır. T.e.n. İ.Əliyev və p.e.n. S. Məmmədli geniş məruzə ilə çıxış etmiş, daha sonra geniş müzakirələr aparılmışdır. Məruzələrdə və çıxışlarda ölkə ali təhsil sistemində Boloniya prosesinə qoşulma ilə əlaqədar mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli yolları barəsində ətraflı fikir mübadiləsi edilmişdir. Qeyd olunmuşdur ki, təhsildə, o cümlədən, ali təhsildə aparılan geniş miqyaslı islahatlar onun qanunverici bazasını təkmilləşdirməyi, bu sahədə sürətli inkişafa nail olmaq üçün qəti addımların atılmasına ehtiyac vardır. Ən başlıcası isə təhsilin bu günkü vəziyyəti, onun müasir dövrdə qarşısında duran vəzifələr, onun Avropaya inteqrasiyasından irəli gələn tələblər, qabaqcıl dünyada təhsil sahəsində gedən proseslər, çatılmasına yönəlmiş məqsədlər daim diqqət mərkəzində olmalı, qəbul edilən normaların əsasında dayanmalıdır. Seminarda müzakirə edilən məsələlər barədə təkliflər ümumiləşdirilərək müvafiq dövlət orqanlarına təqdim etmək üçün hazırlanmışdır. 29 may 2009-cu il tarixində USAİD nümayəndələri ATİ rəhbərliyi ilə görüş keçirmişlər. İlk olaraq, İnstitutun yaranma tarixi, qısa müddətli fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilmişdir. Daha sonra USAİD Özəl Sektorun Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Proqramının layihə rəhbəri cənab Den Kruz-De Paulalayihə haqqında məlumat vermişdir. 2009-cu ilin oktyabr ayından başlayacaq layihə çərçivəsində kənd təsərrüfatı-sənaye sahələrində, həmçinin turizm sektorunda tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. ATİ ilə turizm sahəsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. (Nigar x, Bəhram m, Kifayət x.) 27 may 2009-cu il tarixində Azərbaycan Turizm İnstitutunda tələbələrin 28 may – Respublika gününə həsr olunmuş yığıncağı keçirilmişdir. Tədbirdə millət vəkilləri Fuad Muradov və Rövşən Rzayev, AR Gənclər Təşkilatları Milli Şurasının üzvləri, Nərimanov rayon Gənclər və İdman idarəsi nümayəndələri də iştirak etmişlər. Tədbiri giriş sözü ilə rektor Cəfər Cəfərov açaraq 1918-ci ildə Xalq Cümhuriyyətinin yaranmasından bugünə kimi dövlətçiliyimizin keçdiyi tarixi yola nəzər salmışdır. O Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan xalqının faktiki olaraq tarix səhnəsindən silinib getmə ehtimalını aradan qalxdığını bildirmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra dövlətçiliyimizin yenidən itirilməsinin qarşısıın alınmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulamışdır. Millət vəkili Rövşən Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublikası olmasını, ilk dəfə qadınlara seçki hüququnun verilməsini qürur doğuran hal adlandırmışdır. Millət vəkili, AR Gənclər Təşkilatları Milli Şurası sədri Fuad Muradov Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasını gənclərin üzərinə düşən vəzifə olduğunu qeyd etmişdir. “İctimai fənlər” kafedrasının müdiri İbrahim Əliyev də müasir Azərbaycan demokratik dövlətçiliyinin əsasının həmin dövrdə qoyulduğunu bir daha vurğulamışdır. Tələbələr Sədi Mirseyibli və Toğrul Hidayətov Cümhuriyyətinin yaranması və qısa fəaliyyəti dövründə nailiyyətləri haqqında danışmışlar. Tədbir müzakirələrlə davam etmişdir. 27 may 2009-cu il tarixində Sakarya Universitetinin nümayəndələri ATİ-də görüş keçirmişlər. İkitərəfli əməkdaşlıq istiqamətləri, gələcəkdə müəllim və tələbə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Daha sonra qonaqlar İnstitutla əyani tanış olmuşlar. 26 may 2009-cu il tarixində Türkiyənin “Ündeş” turizm şirkətinin rəhbəri xanım Münire Ündeş Azərbaycan Turizm İnstitutunda qonaq olmuşdur. Müvafiq sahə üzrə əməkdaşlıq məsələləri, o cümlədən, tələbələrin Türkiyənin otel və turizm şirkətlərində təlim imkanları məsələləri müzakirə edilmişdir. 19 may 2009-cu il tarixində Bolqarıstanın konsulu cənab Zhecho Popov ATİ-də qonaq olmuşdur. Görüşdə Azərbaycan Turizm İnstitutu və Bolqarıstanın turizm sahəsi üzrə müvafiq təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri ətrafında müzakirələr getmişdir. 18 may 2009-cu il tarixində Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və türkiyəli qonaqlar ATİ-də qonaq olmuşlar. Görüşdə əməkdaşlıq perspektivlərinə toxunulmuşdur. 15 may 2009-cu il tarixində Tələbə Gənclər Təşkilatının yeni üzvləri rektor Cəfər Cəfərovla görüşmüşlər. Görüşdə Marketinq klub, Tələbə Elmi Cəmiyyəti, Turist klubu, Tələbə Həmkarlar təşkilati, İdman klubu kimi tələbə təşkilatlarının da nümayəndələri iştirak etmişlər. Görüşdə tələbələrin cəmiyyətin ictimai həyatda oynadığı roldan danışılmış, onlara fəaliyyətlərində uğurlar arzulanmışdır. 13 may 2009-cu il tarixində Tələbə Gənclər Təşkilatının konfransı keçirilmişdir. Konfransda təşkilatın ötən müddət ərzində fəaliyyəti ilə bağlı məlumat verilmişdir. İclasda eyni zamanda yeni İdarəetmə Şurası üzvləri, sədr və müavinlər də seçilmişlər. 8 may 2009-cu il tarixində Böyük Britaniyanın Blackwell şirkətinin Kitabxana Konsaltinq şöbəsinin müdiri cənab Reks Steyner, Diplomatiya Akademiyasının əməkdaşı xanım xanım Bayramova Elnarə Azərbaycan Turizm İnstitutunda qonaq olmuşlar. İnstitutun kitabxanası ilə tanış olduqdan sonra əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. 6 may 2009-cu il tarixində İctimai fənlər kafedrasının təşkilatçılığı ilə Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş “Bakı İslam mədəniyyətinin paytaxtıdır” mövzusunda Sərgi-Elmi-Praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə rektor Cəfər Cəfərov açaraq iştirakçıları salamlamış, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu tədbirdə müzakirə olunan problemlərin vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycan islam dünyasına daxil olan ölkələrdən biri olmaqla eyni zamanda Qərb və Şərq mədəniyyətini özündə təcəssüm etdirən bir ölkədir. Onun zəngin mədəni irsinin öyrənilməsi bütün islam dünyası üçün mühüm əhəmiyyət kəsb edir. ATİ-də keçirilən bu konfransın da həmin məsələlərə həsr edilməsi təsadüfi deyildir. Konfransda filologiya elmləri namizədi Nəsib Göyüşov “İslam mədəniyyətinin ölməz abidələri”, tarix elmləri doktoru Fərid Ələkbərli “İslam mədəniyyəti və qədim təbabət”, sənətşünaslıq namizədi Günay Qafarova “İslam mədəniyyəti və təsviri incəsənət”, ilahiyyat elmləri namizədi Nailə Süleymanova “Azərbaycanda XX əsr islam mədəniyyəti tədqiqatları” mövzusunda məruzələrlə çıxış etmişlər. Bu məruzələrdə Azərbaycanda islam mədəniyyəti ənənələrinin çox maraqlı məqamlarına diqqət verilmiş, bəzi qaranlıq məsələlərə aydınlıq gətirilmişdir. Çıxışlar ətrafında aparılan müzakirələr həmin mövzulara olan böyük marağı nümayiş etdirirdi. Konfransda yerli mütəxəssislərlə yanaşı müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri də iştirak etmişlər. Onlar məruzələri diqqətlə dinləmiş və müzakirələrdə yaxından iştirak etmişlər. Qonaqlar bu cür tədbirlərin islam dünyasının bir araya gəlməsində, onun mədəniyyətinin və ənənələrinin bütün dünyada təbliğində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişlər. Maraq cəlb edən məqamlardan biri konfransla eyni vaxtda təşkil edilmiş Sərgidə xəttat Vüqar Məmmədovun öz unikallığı ilə fərqlənən əl işlərinin nümayiş etdirilməsi idi. Qeyd etmək lazımdır ki, bu sənət Azərbaycanda çəx qədim ənənə və köklərə malikdir. Belə sərginin ali təhsil müəssisəsində təşkili, tələbələrin bu işlərlə tanışlığı qədim mədəniyyət nümunələrinə marağın artırılmasına və onların təbliğinə xidmət edir. 29 aprel 2009-cu il tarixində ATI-nin tələbələri İctimai televiziyanın "“İşgüzar zaman” verilişinin iştirakçıları olmuşlar. “Ekoloji problemlərə” həsr olunmuş verilişdə tələbələr yaşıllıqların məhv edilməsi kimi problemlərə toxunmuş, mövzu ətrafında ekspertlərə suallar vermiş və müzakirələr aparmışlar. Proqramın sonunda “Hərəyə bir ağac əkək”, “Ağacları kəsməyin, onların qeydinə qalın!”şüarları ilə əhaliyə müraciət edilmişdir. 27 aprel 2009-cu il tarixində Azərbaycan Turizm İnstitutunun müəllim və tələbə heyəti Qala açıq səma arxeoloji etnoqrafiik muzey kompleksində təşkil edilmiş sərgidə iştirak etmişlər. Sərgi Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyi tərəfindən “Bakı İslam mədəniyyətinin paytaxtıdır” tədbirləri çərçivəsində həyata keçirilmişdir. Muzeydə Qala kəndinin tarixi tam əks olunmuş, sərgidə xalq ustalarının əl işləri ilə yanaşı muzeyin abidələri, o cümlədən, qayaüstü rəsmlər, qədim qəbrlər, dolmenlər ilə də tanışlıq təşkil edilmiş, yeni nümayiş formalarından istifadə edilmişdir. 25 aprel 2009-cu il tarixində Avropa otelində Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri” adlı Ümumbakı konfransı keçirilmişdir. Konfransda dövlət təşkilatları, xarici ölkələrin nümayəndələri, yerli və beynəlxalq təşkilatlar, ali təhsil müəssisələri, səyahət agentlikləri, həmçinin KİV-dən nümayəndələr iştirak etmişlər. Konfransı giriş sözü ilə rektor Cəfər Cəfərov açaraq iştirakçıları salamlamış və konfransın ingilis dilində keçiriləcəyini bir daha qonaqların nəzərinə çatdırmışdır. Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin öz nitqində Azərbaycanın zəngin təbəitə sahib olduğunu, təbii ehtiyatların turizmin müxtəlif növlərinin inkişafına yol açdığını, görülən tədbirləri xüsusilə vurğulamışdır. Bu prosesdə yeni ideyalara sahib gənc nəslin rolunu qeyd edən nazir bu tip konfransların təşkilini müsbət qiymətləndirmişdir. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Bruno Pueza çıxışında Azərbaycanın turizm ehtiyatlarını çox yüksək qiymətləndirmişdir. Tələbələrin “Ağacları qoruyaq” adlı nəğmənin ifasından sonra iştirakçılar müvafiq mövzularda məruzələrlə çıxış etmişlər. İlk olaraq ATİ-nin əməkdaşı və almaniyalı mütəxəssis xanım Gila Altmann turizmin, xüsusilə, ekoturizmin regional inkişafa təsiri haqda məlumat verərək Azərbaycanın mədəni dəyərləri, təbii sərvətləri, turizmin inkişafı üçün mövcud potensialı və problemlər haqda ətraflı danışmışdır. Daha sonra Azərbaycan Turizm İnstitutu və digər ali təhsil müəssisələrinin tələbələri təqdimatlarında ekoturizm, onun mahiyyəti, regionların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasında rolu, Azərbaycanın timsalında ekoturizmin inkişafı, buna imkan verən amillər, ekoloji böhranın qorunmasında qeyri-ənənəvi enerji növləri və Azərbaycanın potensialı, ekoloji turizmlə bağlı mövcud problemlər, turizm sənayesinin inkişafına dövlət qayğısı kimi məsələlərə toxunmuşlar. Məruzələrdən sonra mövzular ətrafında müzakirələr getmişdir. Konfrans Bakı ekolitseyinin şagirdlərinin iştirakı ilə bədii hissə ilə sona çatmışdır. Konfrans iştirakçıları tələbələrin ekologiya ilə bağlı rəsmləri ilə tanış olmuşlar. 22 aprel 2009-cu il tarixində institutun rektoru Cəfər Cəfərov ANS televiziyasının əməkdaşlarına müsahibə vermişdir. Tələbələrin “Turizm – mədəniyyətlərarası dialoqu təmin edən amil kimi” adlı I Beynəlxalq konfransını bu səpkidə ilk beynəlxalq konfrans kimi qiymətləndirən Cəfər Cəfərov konfrans iştrikaçılarının ATİ-də keçirdikləri görüş haqqında danışmışdır. Daha sonra institutun yaranma tarixi və 3 illik fəaliyyəti nəticəsində əldə edilmiş uğurlar, o cümlədən, ATİ-nin Azərbaycanda Boloniya prosesini təhsil sistemində tam tətbiq edən, ikili diplom proqramı haqqında müqavilə (Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə) imzalamış ilk ali təhsil müəssisəsi olduğu vurğulanmışdır. ATİ-də tədris edilən ixtisaslar, institutun Tədqiqat və İnkişaf Mərkəzinin həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri çərçivəsində Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış müqavilə, Erasmus Mundus Xarici Əməkdaşlıq Çərçivə Proqramı ilə Avropanın müxtəlif universitetləri ilə tələbə mübadiləsi, Şimali Kiprin Doğu Akdeniz və Girne Amerika Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti ilə imzalanmış Anlaşma Memorandumları haqqında da ətraflı məlumat verilmişdir. Daha sonra gələcək planlara toxunan rektor tələbə şəhərciyinin inşa edilməsi, magistr pilləsi üzrə təhsil, Ümumdünya Turizm Təşkilatının Tedqual (Turizm Tədrisində Keyfiyyət Təminatı) standartının alınması kimi məsələlərin İnstitutun əsas hədəflələri olduğunu vurğulamışdır. 22 aprel 2009-cu il tarixində Tələbələrin “Turizm – mədəniyyətlərarası dialoqu təmin edən amil kimi” adlı I Beynəlxalq Bakı Konfransının (21-22 aprel 2009-cu il) Şotlandiya, Gürcüstan, Fransa və Rusiyadan, eyni zamanda yerli ali təhsil müəssisələrindən olan iştirakçıları ATI-də qonaq olmuşlar. İnstitut rəhbərliyi ilə görüşdə Şotlandiyadan və Gürcüstandan olan nümayəndələr müvafiq sahələr üzrə əməkdaşlıq təşəbbüsü ilə çıxış etmişlər. Qonaqlar daha sonra tələbələrlə görüşmüşlər. Görüşdə Azərbaycan Turizm İnstitutu və təmsil etdikləri institutlar, o cümlədən, təhsil sistemindəki fərqlər, kitabxana, tətbiq edilən imtahan qaydaları haqqında müfəssəl danışmış, fikir mübadiləsi aparmışlar. 21 aprel 2009-cu il tarixində ATİ-də Britaniya Konsulluğunun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri görüş keçirmişlər. British Council-un Azərbaycan üzrə direktoru Nicole la Hause de Lalouviere Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Peşə Təhsili və Təlimi sahəsində İslahat Strategiyası və Azərbaycanın seçilmiş rayonunda Pilot İcrası” layihəsi haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın qeyri-neft sektorunun rəqabət qabiliyyətliyinin yüksəldilməsi, Peşə Təlimi və Təhsili (PTT) sahəsində islahatların aparılması üçün Azərbaycan hökumətinə dəstək, PTT məzunları üçün iş imkanlarının artırılması məqsədilə həyata keçirilən layihədə iki tədbir - bu sahədə strategiyanın hazırlanmasına dəstək və pilot əməkdaşlıq modelinin tətbiqi reallaşdırılmalıdır. Sonda tərəflər qarşılıqlı əməkdaşlıq etmək, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparmaq məqsədilə birgə işçi qrupun yaradılması barədə razılığa gəlmişlər. 17 aprel 2009-cu il tarixində Almaniya Federativ Respublikasının nümayəndələri - Turizm üzrə Federal Hökumətin Səlahiyyətli Nümayəndəsi cənab Ernst Hinsken və İqtisadiyyat və Texnologiya Nazirliyinin Qafqaz üzrə nümayəndəsi xanım Margit Steffel Azərbaycan Turizm İnstitutunda (ATİ) görüş keçirmişlər. Görüşdə ATİ-nin rektoru Cəfər Cəfərov ölkə strategiyasına əsasən turizmin qeyri-neft sektorunun 3 əsas istiqamətindən biri olduğunu və bu sahənin inkişafı məqsədilə İnstitutun yaradıldığını qonaqların nəzərinə çatdırmışdır. İnstitutun beynəlxalq əlaqələrindən söz açan rektor Almaniya, Avstriya kimi alman dilli ölkələrin önəmli rolunu, institutun Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) və həmin ölkənin bir neçə universiteti ilə əlaqələrini, almaniyalı təcrübəli mütəxəssis xanım Gila Altmannın İnstitutla əməkdaşlığını xüsusi qeyd etmişdir. Daha sonra qonaqlara İnstitutun gələcək planları haqqında məlumat verilmişdir. Cənab Ernst Hinsken dünya turizm sənayesində gedən proseslərdən danışaraq 2007-ci ildə səfər edənlərin sayının 908 milyon, 2008-ci ildə 924 milyon nəfər olduğunu və hər il bu rəqəmin 4-5% artdığını qeyd etmişdir. O, XXI əsr iqtisadiyyatının əsas aparıcı sahələrindən olan turizm sənayesinin gələcəkdə səhiyyə, informasiya texnologiyaları ilə yanaşı, xidmət sahələri içərisində daha çox iş təklif edəcək sahə olduğunu vurğulamışdır. Daha sonra cənab Hinsken mövcud problemlər, qloballaşma, demoqrafik dəyişikliklər və qlobal istiləşmə kimi proseslərin turizmə olan təsirindən söhbət açmışdır. O vurğulamışdır ki, turizm sənayesində demoqrafik göstəricilərə görə dünya əhalisinin qocalması faktına və ən böyük təhlükələrdən biri kimi qlobal istiləşməyə xüsusi diqqət verilməlidir. Cənab Hinsken Almaniya turizm sənayesi haqqında da ətraflı məlumat vermişdir. O, 2008-ci ildə Almaniyada 2.8 milyon insanın turizm sənayesində çalışdığını qeyd etmişdir. Turizmin müxtəlif növlərindən danışaraq, Almaniyanın sərgi turizmi üzrə dünyada birinci olduğunu bildirmişdir. Cənab Hinsken hökumətin turizm sektorunda yaranacaq problemləri nizamlamaq üçün digər dövlətlərlə olan ikitərəfli münasibətlərindən də danışmışdır. Cənab Hinsken Azərbaycanda turizm üzrə ali təhsil müəssisəsinin yaradılmasını və institutun 3 il ərzində əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirmişdir. Daha sonra qonaqlar tələbələrlə görüşmüşlər. Tələbələrlə qısa müzakirələrdən sonra cənab Ernst Hinsken ATİ-yə xatirə kimi Almaniya bəstəkarlarının əsərlərini hədiyyə etmişdir. 15 aprel 2009-cu il tarixində İraqın Turizm ve Tarixi Abidələr naziri cənab Kahtan Abbas Noman El-Cuburi Alavadi ilə görüşdə gələcəkdə İraq universitetləri ilə ATİ arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 7 aprel 2009-cu il tarixində Şimali Kipr Türk Cumhuriyyətinin Doğu Akdeniz Universitetinin rektoru xanım Ufuk Taneri başda olmaqla nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunun (ATİ) rəhbərliyi ilə görüş keçirmişdir. Yekun olaraq, Şimali Kipr Türk Cumhuriyyətinin Doğu Akdeniz Universiteti və Azərbaycan Turizm İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda müvafiq sahə üzrə əməkdaşlıq, mütəxəssislərin mütəmadi səfərləri, elmi nəşrlərin mübadiləsi, təşkil ediləcək konfrans, seminar yaxud simpoziumlarda iştirak, müəllim-işçi heyət və tələbələrin mübadiləsi və s. məsələlər nəzərdə tutulmuşdur. 25 iyun 2008-ci il tarixində ölkəmizdəki Fransa səfirliyinin “Mədəniyyət və Əməkdaşlıq” müşaviri xanım Valeri Lö Qalşe Baron və xanım Azema ATİ-nin qonaqları olmuşdur. Rəhbərliklə görüş zamanı qonaqlara ATİ haqqında, ATİ-nin Fransanın Angers Universiteti ilə olan tələbə mübadiləsi (Erasmus-Mundus Proqramı çərçivəsində) haqqında məlumat verilmişdir. Daha sonra tərəflər qarşılıqlı olaraq tələbə və akademik heyət mübadiləsi, ATİ-də fransız dilinin tədrisi və fransız dilində təhsilin aparıla biləcəyi bir qrupun formalaşdırılması, ATİ-nin Fransanın öncül turizm ali təhsil müəssisələri ilə əməkdaşlığı məsələsi müzakirə edilmişdir. Xanım Valeri Baron eyni zamanda 2008-ci ilin sentyabr ayında ölkəmizə gəlməyi gözlənilən Fransa Duz Mədəni Muzey və İstirahət Kompleksinin rəhbəri Dr. Mişel Peirin Naxçıvana edəcəyi səfər haqqında məlumat verərək ATİ-nin də bu tədbirdə iştirakının arzu edildiyini vurğulamışdır. 24 iyun 2008-ci il tarixində Azərbaycan Turizm İnstitutunda Elmi-Metodik Şuranın ilk yığıncağı keçirildi. İnstitutun professor-müəllim heyətinin iştirakı ilə keçrilmiş tədbirdə tələbələrin biliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi məsələləsi müzakirə edildi. Səslənən təklifləri ümumiləşdirmək və bir həftə ərzində yekun sənəd hazırlamaq üçün 9 nəfərdən ibarət işçi qrup yaradıldı. 23 iyun 2008-ci il tarixində ATI-də “İnformasiya texnologiyaları və ATİ” mövzusunda təlim proqramı başlamışdır. Təlim GTZ xətti ilə Ostfriestland institutunun regional meneceri Brigitt Nolopp tərəfindən aparılır və dörd gün davam edəcəkdir. Təlimin ilk günündə Brigitt Nolopp bu sahədə Almaniya təcrübəsini qeyd etmiş, bu sahədə əldə edilmiş nailiyyətlərdən danışmışdır. Daha sonra heyət üzvləri komyuter bilikləri haqqında sorğu vərəqələrini doldurmuşlar və bu sorğu əsasında onlara müvafiq təlimlər keçiriləcəkdir. Heyət üzvləri ilə yanaşı ATİ tələbələri də təlimdə uştirak edirlər.
Yunanıstanın Milli Turizm Təşkilatının baş katibi cənab İraklis Valvis, Turizm Nazirliyinin əməkdaşı cənab Christos Georgantzos, Yunanıstanın ölkəmizdəki səfirliyinin İqtisadi Əlaqələr və Ticarət üzrə birinci katibi xanım Olga Mezeridou 18 iyun 2008-ci il tarixində ATİ-nin qonağı olmuşdur.[››ətraflı››]
17 iyun 2008-ci il tarixində Kanadanın Ottava Universitetinin (Ətraf Mühit İnstitutu) tədqiqatçısı cənab George Haas, Terrapex Environmental Ltd. şirkətinin nümayəndəsi cənab Paul Hubley və Biznes Planlaşdırma şirkətinin vitse-prezidenti cənab Ray Tufgar ATİ-nin rəhbərliyi ilə görüşmüşdür. Görüşdə Ottava Universiteti ilə ATİ arasında ola biləcək əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparılmış, potensial imkanların araşdırılmasına və mümkün əməkdaşlığın reallaşdırılmasına qərar verilmişdir. Bunların çərçivəsində müəllim/akademik heyət üzvlərinin mübadiləsi (xüsusilə ekoturizm sahəsində), ATİ tələbələrinin Kanadanın turizm sənayesində təcrübə keçmələri sahəsindəki əməkdaşlıq xüsusi önəm daşıyır «Tələbə və Gənclik» mövzüsunda tədqiqat. 09 iyun 2008-ci il tarixdə ATİ-də «Marketinq» ixtisası üzrə təhsil alan tələbələr tərəfindən «Tələbə və Gənclik» mövzüsunda ATİ tələbələri arasında keçirdiyi tədqiqatın təqdimat mərasimi keçirilmişdir. Tədqiqatın əsas məqsədi tələbələrin ATİ haqqında düşüncələri, tədris prosesi haqqındakı fikirləri, təklifləri, ümumiyyətlə gənciyin problemləri barəsindəki rəyləri öyrənilmişdir. Tədqiqat ümumilikdə 289 tələbəni əhatə etmişdir. Tədbirdə institutun rektoru C.Cəfərov, «Turizm işinin təşkili və idarəedilməsi» fakültəsinin dekanı N.Nəsirli, müəllim və tələbə heyəti iştirak etmişdir. Təqdimat «TMQ - 0601» qrupunun tələbəsi Aqşin Rəhimov tərəfindən həyata keçirilmişdir. Təqdimatdan sonra iştirak edənlər təqdimatın nəticələri haqqında müzakirələr keçirildi.
Yunanıstanın ölkəmizdəki İqtisadi və ticari əlaqələr üzrə Birinci Katibinin ATİ-yə səfəri 05.06.08 tarixində Yunanıstanın ölkəmizdəki səfirinin İqtisadi və ticari əlaqələr üzrə Birinci Katibi xanım Olqa Mezeridou-Fauova ATİ-yə gələrək rəhbərlik nümayəndələri ilə görüşmüşdür. Görüş zamanı Birinci Katibə ATİ haqqında ATİ-nin Yunanıstanla olan əlaqələri haqqında məlumat verilmiş, ATİ-nin Erasmus-Mundus çərçivəsində Yunanıstanın ali təhsil məktəbləri ilə əməkdaşlıq etdiyi vurğulanmışdır. Gələcəkdə bu əlaqələrin inkişafında hər iki tərəfin maraqlı olduğunu qeyd edən xanım Olqa Mezeridou ATİ tələbələrini 13 iyun 2008-ci il tarixində bir həftə ərzində təşkil ediləcək Yunanıstanla bağlı tədbirlər həftəsində iştirak etməyə dəvət etmişdir. 19 iyun 2008-ci il tarixində isə ATİ heyətinin və tələbələrinin Azərbaycana səfər edəcək Yunanıstanın Milli Turizm Təşkilatının Baş Katibi ilə görüşün təşkil edilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Eyni zamanda 19-22 İyul 2008-ci il tarixində ənənəvi “zeytun budağı”nı ölkəmizdən keçərək (Yunanıstan-Türkiyə-Gürcüstan-Azərbaycan) Çinə aparacaq 25 nəfər Yunan motosikletlilərinin Azərbaycanda qalacaqları zaman Bakı ilə tanışlıqları üçün, onlara bələdçilik etmək üçün ATİ tələbələrinin dəstəyi məsələsi razılaşdırılmışdır. Qeyd edək ki, bu il yay təcrübəsi zamanı 20 nəfər ATİ tələbəsi Yunanıstanın müxtəlif otel və istirahət mərkəzlərində təcrübə qazanacaqlar. ATİ-də İT kursları 23-29 iyun tarixlərində ATİ və GTZ (Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti) əməkdaşlığı çərçivəsində ATİ heyəti üçün İnformasiya Texnologiyaları sahəsində təlim kursları təşkil ediləcəkdir. Təlimi Almaniyadan Institutumuza səfər edəcək xanım Brigitte Nolopp aparacaqdır. Bu il ərzində xanım Noloppun Azərbaycana 3 səfəri planlaşdırılır. ATI -nin əməkdaş təşkilatı olan GTZ-in təqdim etdiyi bu imkan, Institutumuzun heyəti üçün çox dəyərlidir və gələcəkdə ATI-nin inkishafinda boyuk rolu ola bilecek bir fealiyyetdir. Təlim haqqında qısa məlumat:
İsrailin səfiri ATİ-də 23 may 2008-ci il tarixində İsrailin ölkemizdəki fövqəladə və səlahiyyətli səfiri Zat-i Aliləri Artur Lenk Azərbaycan Turizm İnstitutuna səfər etmişdir. ATİ-nin tələbələri ilə göruşən səfir İsraillə Azərbaycanın bir çox şeydə oxşar ölkələr olduğunu qeyd etmişdir: ərazicə və əhali sayı baxımından yaxın,[››ətraflı››] 22 may 2008-ci il tarixində Azerbaycan Turizm İnstitunun konfrans zalında Azərbaycan Demokratik Respublikasının yaradılışının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ATİ-nin tələbə və müəllim-professor heyəti iştirak etmişdir.İnstitutunun rektoru cənab Cəfər Cəfərov tədbiri çıxış nitqi ilə açaraq ADR-in yaranma tarixindən, vətənimizin 90 ildə keçdiyi çətin yolun tarixindən və bugünkü müstəqil Azərbaycanın inkişaf yolundan danışmışdır. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırlayan Cəfər Cəfərov tələbələrimizin üç rəngli bayrağımızı daim göylərdə saxlaya bilmək üçün əzmlə oxumalı, müasir elmin əsaslarına yiyələnməli olduqlarını vurğulamışdır. Daha sonra ATİ-nin “Ümumi fənlər kafedrasının” müdiri tarix elmlər namizədi İbrahim Əliyev və tarix elmlər namizədi Məhərrəm Zülfüqarlı çıxış etmiş və tələbələrin suallarını cavablandırmışlar.
“Dini və sağlamlıq turizmi: mənəvi və fiziki istirahətin təşkili” adlı Beynəlxalq konfrans 2008-ci il may ayının 20-22-də Naxçıvan şəhərində İslam konfransı təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə “Dini və sağlamlıq turizmi: mənəvi və fiziki istirahətin təşkili” adlı Beynəlxalq konfrans keçirildi.[››ətraflı››] “AZƏRBAYCAN TURİZMİ: bu gün və sabah” mövzusunda II Respublika elmi-praktiki konfrans 17 may 2008-ci il tarixində Bakı şəhərində Azərbaycan Turizm İnstitutunun konfrans zalında Ümummilli lider H.Əliyevin 85 illiyinə həsr olunmuş ölkənin ali məktəblərində “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün “Azərbaycan turizmi: bu gün və sabah” mövzusunda II Respublika elmi-praktiki konfrans keçirildi.[››ətraflı››]
5 May 2008-ci il tarixində Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin birgə təşkil etdiyi “Hər mövsümdə Azərbaycan” Beynəlxalq Konfransında iştirak etmək üçün Bakıya gəlmiş xarici qonaqlar və ATİ-nin rektoru cənab Cəfər Cəfərov Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və onun xanımı Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmişdir.
1 may 2008-ci il tarixində Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Karvalyo Lameyras Azərbaycan Turizm İnstitutunun qonağı olmuşdur. Rektor Cəfər Cəfərovla görüş zamanı səfirə ATİ-nin strukturu, missiyası, tədris prosesi, Portuqaliyalı əməkdaşı “Viana Do Castello” Politexnik Universiteti ilə olan əməkdaşlığı, ölkəmizin turizm sənayesinin inkişafı haqqında məlumat verilmişdi. Vurğulanmışdır ki, ATİ cari ilin yanvar ayından Portuqaliyadan olan 2 ali təhsil müəssisəsi ilə tələbə mübadiləsi həyata keçirir. Zat-i aliləri Joze Manuel Karvalyo Lameyras ölkəsində olan digər turizm istiqamətli ali təhsil müəssisələri ilə ATİ arasında əməkdaşlığın yaradılması üçün vasitəçilik edəcəyini vurğulayıb. Daha sonra cənab səfir rektorun müşayəti ilə ATİ-nin binasını gəzərək, digər struktur vahidləri ilə tanış olmuşdur. Səfirə Azərbaycanın tarixi, incəsənəti, mədəniyyəti, turizmi ilə bağlı təbliğ-tanıtım kitabçaları hədiyyə edilmişdir.
Qondarma Erməni soyqrımına həsr olunmuş tədbir 24 aprel 2008-ci il tarixində Azərbaycan Turizm İnstitutunun konfrans zalında Dünya Azərbaycanlılarının Konqresi (DAK) və ATİ-nin təşkilatçılığı ilə “Qondarma erməni soyqrımı”na həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev, DAK Nəzarət və Təftiş komitəsinin nümayəndəsi Səftər Rəhimli, DAK sədrinin Mətbuat məsələləri üzrə müşaviri Rəşad Xasayoğlu, DAK Gənclər Təşkilatının Universitetlərlə İş üzrə koordinatoru Elvin Abdullayev, İsrayıl-Azərbaycan Diasporası Cəmiyyətinin sədri Aliks Şapuro iştirak etmişdir. Giriş sözləri ilə tədbiri ATİ-nin rektoru Cəfər Cəfərov açaraq ermənilərin tarixi ədavətindən danışmış, düşmənlərimizə qarşı ancaq silahlı deyil, həm də elmi mübarizə aparmağın önəmini qeyd etmişdir. Bunun üçün bugünün tələbəsinin öz vətəninin mədəniyyətinə, incəsənətinə, tarixinə yaxşı bələd olmalı olduğunu vurğulamışdır. Daha sonra söz İsrail-Azərbaycan Diaspora Cəmiyyətinin sədri cənab A. Şapuroya verilmişdir. Sonda tədbir iştirakçıları ermənilərin vəhşiliklərini əks etdirən sənədli filmə tamaşa etmişlər.
KKTC-nın Azərbaycan Təmsilçisi və GAU-nun Rektoru ATİ-də 3 aprel 2008 il tarixində ATİ-də Kuzey Kıbrıs Türk Cumhuriyetinin Azərbaycandakı Təmsilçisi cənab Zeki Qazioğlu, Kuzey Kıbrıs Türk Cumhuriyətinin Girne Amerikan Universitetinin Rektoru Prof. Dr. Hıfzı Doğan və həmin universitetinin əməkdaşı ilə görüş keçirilmişdir. Görüş zamanı qonaqlar ATİ-nın Rektoru cənab Cəfər Cəfərov ilə geniş şəkildə müzakirələr aparmışdırlar. Görüşdə qonaqlara ATİ-nın yarandığı tarixindən, strukturundan, təhsil prosesinin quruluşundan və beynəlxalq əməkdaşlıqdan geniş formatda məlumat çatdırıldı. Qonaqlar ATİ və Kuzey Kıbrıs Türk Cumhuriyətinin Girne Amerikan Universitetilə əməkdaşlığın yaranması və onun inkişafı prosesinə böyük maraq göstərmişdirlər. Müzakirələr zamanı belə bir qərara gəlindi ki, Azərbaycan Turizm İnstitutu və Kuzey Kıbrıs Türk Cumhuriyətinin Girne Amerikan Universiteti arasında yaxın vaxtda ikitərəfli əməkdaşlıq haqqında razılaşma memorandumu imzalansın. Həmçinin, ATİ işçi və tələbə heyəti Kuzey Kıbrıs Türk Cumhuriyətinin Girne Amerikan Universitetinin təşkil edəcəyi müxtəlif mövzuları əhatə edən conqress, simpozium və seminarlarda iştirak edə bilərlər. Görüşün sonunda qonaqlar ATİ-nın binasılə tanış olmuşdurlar.
VII Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisi 16-18 may 2008-ci il tarixlərində Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində 28 ölkədən müxtəlif şirkətlərin iştirak etdiyi VII Azərbaycan Beynəlxalq Səyahət və Turizm sərgisi (AİTF) keçirildi. Sərgidə Türkiyə, İsveçrə, Yunanıstan, Rusiya, Çexiya, Avtsriya, İtaliya, Ukrayna, Özbəkistan, BƏƏ, Malayziya, Misir, Maldiv və digər ölkələrdən olan şirkətlər hava yolları və agentliklər, idman turizmi, avtobus turları, pansionat və sanatoriyalar, hava limanında servis xidmətləri və turizm sənayesi ilə əlaqləli olan digər şirkətlərin məhsulları nümayiş etdirildi. Azərbaycanı bu sərgidə Nabran, Quba, Lənkəran, Şəki, Şamaxı, Şəmkir və digər regionlarda fəaliyyət göstərən istirahət mərkəzləri, otellər, habelə turizm şirkətləri təmsil edirdi. Azərbaycan Turizm İnstitutu da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində öz tanıtım materialları ilə təmsil olunurdu. Maraq kəsb edən stendlərdən biri də Qarabağın tarixinə, incəsənətinə və mədəniyyətinə həsr edilmiş güşə idi. Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, nazir müavini cənab Teymur Mehdiyev və digər rəsmilər sərginin açılışında iştirak etmişdirlər.
|





























