Real time web analytics, Heat map tracking

MÖVLANA MÜBADİLƏ PROQRAMI NƏDİR?

Mövlana Mübadilə Proqramı Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür.

Proqramın əsas məqsədi Türkiyədəki universitetlərlə dünyadakı universitetlər arasındakı müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.

KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?

Mövlana Mübadilə Proqramı Müqaviləsini imzalayan Univeristetlərdə fəaliyyət göstərən müəllimlər və həmən univeristetlərdə təhsil alan bakalavr, magistratura və doktrantura tələbələri proqrama müraciət edə bilər.

MÜRACİƏT PROSEDURASI:

  1. Mevlana proqramın web səhifəsindəki məlumatlarla yaxından tanış olmaq: www.yok.gov.tr/web/mevlana
  2. Partnyor universitetlər siyahısından münasib ali təhsil müəssisəsini seçməli,
  3. Universitetin proqram kordinatorluğu vasitəsi ilə seçilən universitetlə əlaqə saxlamaq və hazırda oxuduğu bölümü ilə məsləhətləşib alacağı dərsləri müəyyənləşdirmək,
  4. Qəbul aldıqdan sonra növbəti semestrdə təhsilini müvafiq universitetdə davam etdirmək.

AYLIQ TƏQAÜD NƏ QƏDƏR OLUR?

Proqramda iştirak edəcək tələbələr 560 TL miqdarında təqaüd alacaqlar. Bu miqdarın 70%-i hər ay, 30%-i isə tələbənin son nəticədəki müvəffəqiyyətinə bağlıdır. Akademik heyət ətraflı məlumat üçün  Mövlana proqramının rəsmi web səhifəsindən ala bilərlər.

Proqrama müraciət etmə şərtləri nələrdir?

Tələbələr üçün:

  1. Müracət edilən zaman tələbənin ATMU-nun bakalavr, magistratura və ya doktrantura tələbəsi olması,
  2. Bakalavr tələbələrinin ümumi akademik qiymət ortalmasının ən az 65, magistratura və ya doktrantura tələbələri üçün ən az 75 olması;
  3. 50% dil balı + 50% qiymət ortalaması.

Akademik heyət:

  1. Müracət edilən zaman müəllimin Mövlana Əməkdaşlıq Müqaviləsini imzalayan universitetin akademik heyətində olması,
  2. Seçilmiş müəssisənin tədris dili, müəllimin fənni tədris edəcəyi dil və dilin səviyyəsi.


Proqram iştirakçısı hər hansı bir ödəniş edirmi?

Tələbələr üçün:

  1. Formal təhsil aldığı universitetdə ödəməli olduğu təhsil haqqından başqa hərhansı bir ödəniş etmir.
  2. Formal təhsil aldığı zaman hər hansı bir təqaüd alırdısa, təqaüd davam edir.

Akademik heyət üçün:

  1. Müəyyən miqdarda ödəniş alır və yol xərcləri ödənilir.

Mövlana Mübadilə proqramı üçün mövcud  (uyğun) olan ixtisaslar: 

  1. Turizm və qonaqpərvərlik
  2. Marketinq
  3. Menecment
  4. Beynəlxalq münasibətlər
  5. Qida mühəndisliyi

Proqramda tədris dili necə müəyyənləşdirilir?

  1. Proqram iştirakçısının proqram vasitəsiylə seçdiyi  ixtisasın tədris dili.
  2. Müəlllimlər üçün tədris etdiyi fənnin tədris dili.

Proramın müddəti nə qədərdir?

Tələbələr üçün: 

Proqram bir semestr və ya iki semestr ola bilər.

Akademik heyət üçün:

Ən az bir həftə, ən çox üç ay müdddətinə mübadilədən faydalana bilərlər.

Proqramdan təhsil müddəti ərzində neçə dəfə faydalanmaq olar?

Tələbələr ali təhsilin bakalavr, magistratura və doktrantura pillələrində təqaüdlü tələbə olaraq proqramda yalnız bir dəfə iştirak edə bilərlər. Akademik heyət isə eyni tədris ilində bir dəfə iştirak edə bilərlər.

Proqrama 2014-2015-ci tədris ili üçün müraciətlərin vaxtı:  

Proqrama müraciət 2015-ci ilin mart ayının 10-dan  başlayacaq və son qeydiyyat tarixi-3 apreldir. Nəticələr aprel  ayının sonunda  elan ediləcəkdir.

ATMU ilə Mövlana Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq edən Türkiyə universitetləri:

  1. Gazi  Universiteti
  2. Qars Qafqaz universiteti
  3. Canik Başaran universiteti – Samsun şəhərində yerləşir
  4. Ardahan universiteti
  5. Sinop universiteti
  6. Kastamonu universiteti
  7. Muş Arparslan universiteti
  8. Amasya universiteti
  9. Akdeniz universiteti
  10. Ege universiteti
  11. Kocaeli universiteti

ATMU Mövlanə Proqramı Koordinatorluğu:

ATMU-beynəlxalq əlaqələr şöbəsi,

Copyright © 2014. 

Müəllif hüquqları qorunur.