Real time web analytics, Heat map tracking

Turizmin müasir vəziyyəti və inkişaf istiqamətləri müzakirə predmeti olub

Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) rektoru professor Cəfər Cəfərov 13 iyun 2016 – cı il tarixində İsveçrə Konfederasiyasının ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri cənab Filip Ştadler ilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində görüşüb. Rektor C.Cəfərov və diplomat F.Ştadler Azərbaycan və İsveçrədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, qarşıya çıxan problemlərin səmərəli həlli yollarına dair fikir mübadiləsi aparıblar. Universitetdən verilən məlumatda bildirilir ki, rektor Cəfər Cəfərov

söhbət əsnasında ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu bildirib. Azərbaycan Turizm və Menecment universitetinin fəaliyyət strategiyasında danışarkən xarici əlaqələrin coğrafiyası konteksində İsveçrənin turizm üzrə yüksək ixtisaslı kadr hazırlayan nüfuzlu universitetləri və müvafiq təşkilatları ilə həyata keçirilən əməkdaşlığın faydalı olduğnu diqqətə çatdırıb. Cənab səfir Filip Ştadler ATMU-da səmimi qarşılandığına və universitetin fəaliyyəti,o cümlədən gələcək planları haqqında müfəssəl məlumat aldığına görə rektor C.Cəfərova təşəkkürünü bildirib.

Bizi Facebook səhifəmizdə izləyin  Bizi Google Plus səhifəmizdə izləyin  Bizi Youtube səhifəmizdə izləyin

Bizi Instagram səhifəmizdə izləyin  Bizi Twitter səhifəmizdə izləyin  Bizi Linkedin səhifəmizdə izləyin

work

Copyright © 2014. 

Müəllif hüquqları qorunur.