Real time web analytics, Heat map tracking

ATMU-da ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov 7 iyun 2016-cı il tarixində Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Ines Qalindo Penyanı ali təhsil müəssisəsində qəbul edib. Azərbaycan və Kolumbiya arasında mövcud olan əlaqələrdən məmnunluğunu bildirən rektor Azərbaycan Turizm və Menecment Universitetinin inkişaf strategiyasından danışarkən, həm dünyanın nüfuzlu ali məktəbləri, həm də bir sıra beynəlxalq təşkilatları ilə qurulan əlaqələrin səmərəli olması faktını diqqətə çatdırıb. ATMU-nun rektoru professor C.Cəfərov

və Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penya görüş əsnasında həmçinin hər iki ölkədə turizmin müasir vəziyyəti, mövcud problemlər və inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Tanışlıq çərçivəsində baş tutan görüşdə başlıca məqsəd ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması idi.

Bizi Facebook səhifəmizdə izləyin  Bizi Google Plus səhifəmizdə izləyin  Bizi Youtube səhifəmizdə izləyin

Bizi Instagram səhifəmizdə izləyin  Bizi Twitter səhifəmizdə izləyin  Bizi Linkedin səhifəmizdə izləyin

work

Copyright © 2014. 

Müəllif hüquqları qorunur.