Tezliklə yeni sayt istifadəyə veriləcək !!!
Bakalavr səviyyəsinə sənəd qəbulu üçün tələb olunan sənədlər
- 4 ədəd şəkil 3x4
- Şəxsiyyət vəsiqəsi(sürət 2 ədəd )
- Attestatın əsli
- İş nömrə,şifrə
- Ödənişlidirsə ödəniş qəbzi
- Məcburi köçkündürsə vəsiqənin kopyası(notarial təsdiq)
- Azərbaycanın suvereniyi uğrunda şəhid olan tələbələrin valideynin vəsiqəsi(kopyasının notarial təsdiqi)
- Ağ bilet (sürətin notarial təsdiqi)
- Tələbənin valideynlərindən biri rəhmətə gedibsə o biri isə 1-ci və ya 2-ci qrup əlil olduğu halda arayış təqdim etməlidir(sürətinin notarial təsdiqi)
Turizmin müasir vəziyyəti və inkişaf istiqamətləri müzakirə predmeti olub
Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) rektoru professor Cəfər Cəfərov 13 iyun 2016 – cı il tarixində İsveçrə Konfederasiyasının ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri cənab Filip Ştadler ilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində görüşüb. Rektor C.Cəfərov və diplomat F.Ştadler Azərbaycan və İsveçrədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, qarşıya çıxan problemlərin səmərəli həlli yollarına dair fikir mübadiləsi aparıblar. Universitetdən verilən məlumatda bildirilir ki, rektor Cəfər Cəfərov
ATMU-da turizm sektorunun inkişaf istiqamətləri müzakirə olunub
9 iyun 2016 – cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində(ATMU) ali təhsil ocağının rektoru professor Cəfər Cəfərovla Almaniya Federativ Respublikasının “Almaniya Beynəlxalq Əməkdaşlıq” Təşkilatının(GİZ) Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Sonya Fonteyn və təşkilatın ölkəmizdə səfərdə olan bir qrup eksperti ilə görüşü keçirilib. Görüş zamanı Azərbaycanda turizm sektoru, inkişaf istiqamətləri, turizm sahəsində həyata keçirilən elmi araşdırmaların nəticələri haqqında geniş müzakirələr aparılıb. Daha sonra universitet və adı qeyd edilən təşkilat tərəfindən müştərək həyata keçirilən layihələr, o cümlədən gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
ATMU-da ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov 7 iyun 2016-cı il tarixində Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Ines Qalindo Penyanı ali təhsil müəssisəsində qəbul edib. Azərbaycan və Kolumbiya arasında mövcud olan əlaqələrdən məmnunluğunu bildirən rektor Azərbaycan Turizm və Menecment Universitetinin inkişaf strategiyasından danışarkən, həm dünyanın nüfuzlu ali məktəbləri, həm də bir sıra beynəlxalq təşkilatları ilə qurulan əlaqələrin səmərəli olması faktını diqqətə çatdırıb. ATMU-nun rektoru professor C.Cəfərov